header-about.png

Müəssisənin istehsal fəaliyyəti 1998-ci ildə başlamışdır. Fəaliyyətinin əsas istiqaməti bina və müxtəlif təyinatlı tikililərin tikintisi, çoxmərtəbəli binaların, şəxsi evlərin və kotteclərin, mənzillərin və ofislərin təmiridir. Biz öz müştərilərimizə onların bütün ehtiyaclarını ən qənaətbəxş şəkildə təmin etməyə çalışaraq, tikinti xidmətlərinin maksimal kompleksini təklif edirik. Bununla bərabər, ən əsas iş növlərinin öz gücümüzə aparılması da az əhəmiyyət kəsb etmir, amma ixtisaslaşdırılmış işləri (aşağı gərginlikli şəbəkələr, ventilyasiya, yanğın, təhlükəsizlik siqnalizasiyasıyaları, avtomat) subpodratçılara tapşırırıq.

İxtisaslaşdırılmış təşkilatların seçilməsi, onların iş koordinasiyası, və ən başlıcası onlar tərəfindən görülmüş işlərin keyfiyyətli olması üçün onların məsuliyyət daşimaqları ilə bağlı bütün qayğıları bizim şirkət öz üzərinə götürür, bu da Müştərinin obyektlərinin tikintisində iştirak etməyə sərf etdiyi zamanını xeyli azaltmağa imkan verir. Təchizatçılar ilə uzunmüddətli əməkdaşlıq Bizə materialları xüsusi qiymətlərlə əldə etmək imkanı verir, bu da iş dəyərinin azaldılmasına və, beləliklə, müştərinin obyektinin tikintisi üçün xərclərinin aşağı düşməsinə səbəb olur. 

 Bizim mütəxəssislər - mühəndislər, texniklər, iş icraçıları – öz işlərinin ustalarıdırlar, ali tikinti təhsilli, əhəmiyyətli dərəcədə təcrübəsi olan və ən əsası, düşünmək və məsuliyyətli qərarlar qəbul edə bilən insanlardırlar. Bu dost , sıx birləşmiş komanda qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirməyə qadirdir. Əgər Siz mürəkkəb layihənin həyata keçirilməsi üçün tikinti şirkəti axtarırsınızsa, bizim şirkətin xidmətlərindən istifadə etmək istəyirsinizsə, və ya əlavə suallara cavab almaq istəyirsinizsə, Bizim koordinatlarımızı əlaqə səhifəmizdə əldə edə bilərsiniz.